AZ

Doktorantların və gənc tədqiqatçıların XXVIII Respublika elmi konfransı keçiriləcək

16-17 dekabr 2025-ci il tarixlərində Azərbaycan Dövlət Neft və Sənaye Universitetində doktorantların və gənc tədqiqatçıların XXVIII Respublika elmi konfransı (NASCO XXVIII) keçiriləcək. 

Konfransın keçirilməsində məqsəd doktorant və gənc tədqiqatçıların elmi yaradıcılığını stimullaşdırmaq, onların apardıqları elmi tədqiqatların nəticələrinin müzakirəsini təşkil etməkdir. 
 
“Konstitusiya və Suverenlik İli”nə həsr edilən konfrans təbiət elmləri, mühəndislik, riyaziyyat və İKT, sosial-humanitar, ictimai  elmlər istiqamətləri üzrə təşkil ediləcək. 
 
Konfransda təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan vətəndaşı olan, ölkə və ya xaricdəki ali təhsil və ya elmi müəssisələrin tədqiqat institutlarında fəlsəfə doktoru proqramı üzrə təhsil alan doktorant və ya dissertantlar, ölkəmizdə yerləşən ali təhsil və ya elmi müəssisələrin elmi-tədqiqat institutlarında fəlsəfə doktoru proqramı üzrə təhsil alan əcnəbi doktorant və ya dissertantlar, həmçinin yaşı 35-dən çox olmayan elmi dərəcəsi olan gənc tədqiqatçılar iştirak edə bilərlər.

Konfransda iştirak üçün ətraflı məlumatı aşağıdakı linkdən əldə edə bilərsiniz:

Doktorantların və gənc tədqiqatçıların XXVIII Respublika elmi konfransının əsasnaməsi
Seçilən
11
8
demokrat.az

9Mənbələr