AZ

Bakıda "D-8 İqlim və Şəhərlər Dialoqu" keçiriləcək

BAKI, TurkicWorld

İki həftədən sonra, oktyabrın 13-17-də Bakıda yüksək səviyyəli "D-8 İqlim və Şəhərlər Dialoqu" keçiriləcək.

TurkicWorld xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin İqtisadi əməkdaşlıq idarəsinin rəisi Elmar Məmmədov Bakı İqlim Fəaliyyəti Həftəsində (BCAW2025) çıxışı zamanı bildirib.

O qeyd edib ki, ilk dəfə olaraq bu formatda iqlim və şəhərsalma nazirləri, komissiyalar və şəhər merləri bir araya gətiriləcək.

D-8-in 2020–2030-cu illəri əhatə edən 10 illik inkişaf proqramının icrasında şəhərlərin rolu və təsiri qiymətləndiriləcək.

Seçilən
21
8
turkic.world

10Mənbələr