AZ

Türkiyədə məhkəmə həbsdə olan məşhur menecer Ayşe Barımla bağlı qərar verdi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Türkiyədə Taksimdəki "Gezi Parkı" hadisələrini planlaşdıranlardan biri olduğu iddiası ilə "Türkiyə Respublikası hökumətini devirməyə təşəbbüsə yardım" ittihamı üzrə yanvarın 28-də həbs edilən məşhur menecer Ayşe Barımın növbəti məhkəmə iclası keçirilib.
Bu barədə Oxu.Az "Haber Global"a istinadən xəbər verir.
Barəsində 22 il 6 aydan 30 ilə qədər həbs cəzası tələb edilən və ikinci dəfə hakim qarşısına çıxan menecerlə bağlı məhkəmə qərarı açıqlanıb.
Prokurorluq onun həbsdə qalmasına qərar verilməsini tələb etsə də, məhkəmənin qərarına əsasən, Ayşe Barım ev dustaqlığı və ölkədən çıxışına qadağa qoyulması şəklində məhkəmə nəzarəti tədbiri şərti ilə azadlığa buraxılıb.
Məhkəmə iclası 11 fevral 2026-cı il tarixinə təxirə salınıb.
Xatırladaq ki, Ayşe Barımın "Gezi Parkı" hadisələrinin əsas təşkilatçılarından biri olduğu müəyyən edilib. O, hadisələr zamanı sosial media vasitəsilə insanları küçələrə çıxmağa təşviq edib.
Seçilən
78
50
oxu.az

10Mənbələr