AZ

Xankəndi məktəbinin direktoru işdən çıxarıldı "Yeni təyinatımı gözləyirəm"

ain.az, Bakupost portalına istinadən məlumatı açıqlayır.

Xankəndi şəhər Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəbin direktoru Cəmilə Əhmədova tutduğu vəzifədən azad olunub.

Bakupost.az xəbər verir ki, bu barədə Modern.az-a direktorun özü məlumat verib.

O bildirib ki, yaxın günlərdə başqa məktəbə təyinatını gözləyir: “65 yaşıma iki il var. O müddətə qədər başqa məktəbdə bu vəzifəni icra edəcəyəm”.

Qeyd edək ki, Xankəndi şəhər 4 nömrəli tam orta məktəb ötən il istifadəyə verilib. Buna qədər məktəb Bakı şəhərində fəaliyyət göstərib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
11
18
www.bakupost.az

10Mənbələr