AZ

İsrail hərbçiləri Qəzzada "Netsarim" dəhlizini nəzarətə götürüb

İsrail Müdafiə Ordusu (IDF) Qəzza bölgəsini şimal və cənub hissələrə ayıran "Netsarim" dəhlizini nəzarətə götürüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

IDF qeyd edib ki, Qəzza zolağında HƏMAS qruplaşmasına qarşı əməliyyatlar davam etdiriləcək.

"Son sutka ərzində İsrail ordusu "Netsarim" dəhlizi üzərində əməliyyat nəzarətini möhkəmləndirmək məqsədilə Qəzza zolağının şimal hissəsində əməliyyatlar həyata keçirib. Bu əməliyyatlar çərçivəsində qoşunlar bu bölgədə HƏMAS-ın əməliyyat imkanlarını pozmaq və əməliyyat nəzarətini genişləndirmək məqsədilə fəaliyyət göstərib", - məlumatda bildirilib.

Seçilən
11
6
bakivaxti.az

7Mənbələr