AZ

Azərbaycanda mal-qara arasında ölümcül xəstəlik yayılıb? - Agentlik açıqladı

Bəzi bölgələrində mal-qara arasında dabaq xəstəliyinin yayılması ilə bağlı iddialar dolaşır. Hətta səbəbdən insanlar ət almaqdan ehtiyat edirlər.

Bəs görəsən, deyilənlər doğrudurmu? Xəstəliyə yoluxmanın qarşısını almaq üçün tədbirlər görülürmü?

Ölkə.Az xəbər verir ki, Aqrar Xidmətlər Agentliyindən Lent.az-ın sorğusuna bildirilib ki, epizootik plana uyğun olaraq Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzi tərəfindən ölkə üzrə iribuynuzlu heyvanlar arasında müxtəlif xəstəliklərə, o cümlədən dabaq xəstəliyinə qarşı peyvəndləmə aparılır. Həmçinin o da qeyd olunub ki, heyvanların kütləvi tələfatı ilə bağlı Xidmətə müraciət daxil olmayıb.

Qeyd edək ki, dabaq xəstəliyi cütdırnaqlı ev və vəhşi heyvanların iti kontagioz virus xəstəliyidir. Bu xəstəliyin əlamətləri yemdən imtina, gövşəmənin pozulması və ya tam dayanması, ağızdan selik axmasının çoxalması, yüksək hərarət, dırnaq və yelində yaraların əmələ gəlməsi, ağızda, dodaqlarda, burun ətrafında qabarcıqların yaranması, tənəffüs və həzm yollarının selikli qişasının iltihabı, tənəffüs və udma aktının pozulması, ürək çatışmazlığının yaranması ilə özünü biruzə verir.

Seçilən
9
1
olke.az

2Mənbələr