AZ

Heydər Əliyev adına Hərbi İnstitutda NATO proqramı çərçivəsində treninq keçirilir

Bakı, 1 oktyabr, AZƏRTAC

Milli Müdafiə Universitetinin (MMU) tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitutda NATO-nun "Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramı" (DEEP) çərçivəsində “Müəllimlərin təkmilləşdirilməsi treninqi”nin üçüncü mərhələsi keçirilir.

Müdafiə Nazirliyinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a verilən məlumata görə, MMU və onun tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinin müəllim heyətinin iştirakı ilə təşkil olunan tədbirlər “Dərsin planlaşdırılması və tədris proqramının hazırlanması” modulunu əhatə edir.

Tədbirin əsas məqsədi iştirakçıların pedaqoji bacarıqlarını və tədris metodlarını inkişaf etdirmək, tədrisin keyfiyyətini yüksəltmək, eyni zamanda, təhsil prosesini beynəlxalq standartlara uyğunlaşdırmaqdır.

NATO proqramı çərçivəsində keçirilən treninqlər oktyabrın 3-dək davam edəcək.

Seçilən
21
10
azertag.az

10Mənbələr