Bakı. Trend:
Saxta orden və medallar,habelə müxtəlif təyinatlı vəsiqələrhazırlayıb satan şəxslər müəyyən olunublar.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, polisəməkdaşları tərəfindən keçirilən tədbirlərlə qanunsuz fəaliyyətləməşğul olan — “Azərbaycan Vətən Müharibəsi Veteranları” İctimaiBirliyinin sədri Füzuli Rzaquliyev, "Dədə Qorqud" Xeyriyyə Fondununrəhbəri Eldar İsmayılov və "Sabitlik və İnkişaf Mərkəzi" İctimaiBirliyinin sədri Rasim Məmmədov saxlanılıblar.
Bildirilir ki, bu təşkilatların ofislərindən dövlət əhəmiyyətlixüsusi gün və əlamətdar hadisələri özündə əks etdirən 1500-dən çoxmedal və ordenlər, 421 ədəd vəsiqə, 60-dan artıq müxtəlif möhürlərvə digər saxta predmetlər aşkar olunaraq maddi sübut kimigötürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin rəsmi sənədləri, dövləttəltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, əlavəhazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə maddəsi iləcinayət işi başlanılıb, F.Rzaquliyev, E.İsmayılov və R.Məmmədovistintaqa cəlb olunublar.
Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.