AZ

Qırıcılar çatdırıldı, əməliyyat anonsu verildi: İranın düşməninin əl qolunu bağlayan plan

GlobalInfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

ABŞ-ın onlarla qırıcısı və çox sayda yanacaqdaşıyan təyyarələri Qətərdə yerləşən Əl-Udeyd aviabazasına gətirilib. Məlumata görə, Vaşinqtonun Təl-Əvivlə birlikdə İrana və Yəməndəki husilərə qarşı birgə hərbi əməliyyatlara başlama ehtimalı var.

Maraqlıdır ki, ABŞ və İsrail rəhbərləri ötən hücum zamanı İrandakı nüvə obyektlərinin tamamilə məhv edildiyini açıqlamışdılar.

Budəfəki əməliyyatların məqsədi nədir? Qurudan müdaxilə mümkündürmü?

Globalinfo.az-a danışan Orta Doğu Araşdırmalar Mərkəzinin sədri, siyasi şərhçi Sədrəddin Soltan deyib ki, ABŞ və İsrail İran hakimiyyətinə təzyiqləri davam etdirir:

“İran İslam Respublikasına qarşı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 2231 saylı qətnamə yenidən qüvvəyə minib. Bundan əlavə, Avropa İttifaqının (Aİ) üzvü olan ölkələr də Tehrana qarşı yeni sanksiyalar tətbiq ediblər. Qərb bu vasitə ilə nüvə proqramı ətrafında yaranmış problemi hələ də diplomatik yolla həll etməyə çalışdığını nümayiş etdirir. Belə bir addım ABŞ və ya İsrailin İrana qarşı hərbi əməliyyat həyata keçirməsi ehtimalını azaldır. Çünki Tehran hakimiyyəti mövcud proseslərdən sonra qarşısında qoyulmuş tələblərin yerinə yetirilməsi üçün müəyyən addımlar atmağa çalışacaq. Bu problemin həllində tərəflərin hərbi ritorikaya üstünlük verməsi faydalı sayılmır. ABŞ hazırda Qəzza zolağında sülh planı irəli sürməklə regionda sülhsevər mövqe sərgiləyir. Belə bir məqamda İrana hücuma keçməsi ziddiyyətli və təəccüblü olardı. Məsələnin əsas mahiyyəti Tehranın irəli sürülən tələblərə əməl etməsindədir.

Həmin tələblər aşağıdakılardır:

1.İran nüvə proqramını tamamilə dayandırmalıdır;

2.Zənginləşdirilmiş 450 kiloqram uranın harada saxlandığı barədə məlumat verməlidir;

3.İran hakimiyyəti ABŞ-la birbaşa danışıqlara başlamalıdır”.

Sədrəddin Soltan 

Siyasi şərhçi bildirib ki, İran nüvə proqramını daha çox öz hakimiyyətinin müdafiəsi üçün istifadə edir:

“Tehranın əlindəki zənginləşdirilmiş uran qarşı tərəf üçün çəkindirici vasitə rolunu oynayır. Bu baxımdan, gələcəkdə İran hakimiyyətinin hədəf alınması istisna olunmur. Lakin hazırkı mərhələdə birbaşa hərbi müdaxilə gözlənilmir. Çünki belə bir əməliyyatı həyata keçirəcək ölkə hələlik özünü elan etməyib. Bunun ABŞ və bütövlükdə region üçün uğurlu olacağını söyləmək çətindir. Lakin belə bir hücum baş verəcəyi təqdirdə, genişmiqyaslı müharibənin şahidi ola bilərik”.

Safura Bənnayeva

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
globalinfo.az

1Mənbələr