AZ

Mənsum İbrahimovdan "Muğam" müsabiqəsindəki qalmaqala reaksiya

Xalq artisti Mənsum İbrahimov IX “Muğam” Televiziya Müsabiqəsinin finalında yaşanan qalmaqala münasibət bildirib.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə sənətçi "Qonaqcanlı" verilişində danışıb.

"Çıxan söz-söhbətlər təbiidir. 7 finalçımız və 3 yer var var idi. Burada əsas yer deyil. Bu 3 ay ərzində onları tanıtdıq, 7 finalçının bu mərhələyə gətirib çıxardıq. 20 ifaçının hər birini özümüz seçmişdik. Bunlar xırda söbətlərdir, həmişə olub-olacaq da. Adam var, işi dedi-qodudur. Bizim isə buna vaxtımız yoxdur. Biz onları seçib tanıtdıq. Onların yaradıcılığı bundan sonra başlayır" deyə, Mənsum İbrahimov bildirib.

Qeyd edək ki, sözügedən müsabiqənin iştirakçılarından olan Kənan Novruzov yarışmada haqsızlığa uğradığını iddia edib. O, finalda təqdim olunan diplomdan imtina edib. 

"Cebheinfo.az" 

Seçilən
12
6
cebheinfo.az

7Mənbələr