Naxçıvan şəhərində zəncirvarı qəza olub, 4 nəfər xəsarət alıb.
News365.az xəbər verir ki, hadisə şəhərin Cəlil Məmmədquluzadə küçəsində baş verib.
Qəza zamanı "VAZ 2107" markalı avtomobillər, "Raf" markalı avtomobil və "NAZ-Lifan" markalı avtomobillər toqquşublar.
Zəncirvarı qəzada 4 nəfər xəsarət alıb.
Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.