AZ

Hollandiya husilərin Aİ tərəfindən terrorçu elan edilməsini tələb edir - ÖZƏL

Hollandiya Yəmən sahillərində "Minervagracht" yük gəmisinə hücumdan sonra husilərin Avropa İttifaqının (Aİ) terrorçu təşkilatlar siyahısına salınması üçün təşəbbüs göstərməyə hazırlaşır.

Olaylar xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri David van Vil məlumat verib.

" Mən husilərin Aİ-nin terror təşkilatları siyahısına daxil edilməsinə və əlavə sanksiyaların tətbiqinə nail olacağam. Birgə səylər nəticəsində gəmilərimizi daha effektiv qoruya, ticarət yollarını və beynəlxalq hüququ müdafiə edə bilərik", - deyə nazir "X" sosial şəbəkəsində yazıb.

Van Vil həmçinin hücumu qəti şəkildə pisləyib və ekipaj üzvlərinin təhlükəsiz evakuasiyasına görə Avropa tərəfdaşlarına təşəkkür edib.

Qeyd edək ki, hücuma görə məsuliyyəti Yəmənin "Ənsar Allah" (husilər) hərəkatı öz üzərinə götürüb.

Aİ-nin "Aspides" dəniz missiyasının mətbuat xidməti isə gəmi heyəti arasında iki Rusiya vətəndaşının da olduğunu açıqlayıb.

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
20
olaylar.az

1Mənbələr