Azərbaycanın stend atıcıları III MDB Oyunlarının sonuncu günündə daha iki medal qazanıblar.
90deqiqe.Az-ın məlumatına görə, qızların yarışında Nərmin Bədəlli, oğlanlar arasında isə Mürtəza Novruzlu gümüş mükafata sahib çıxıb.
Bununla da stend atıcılığı üzrə yarışlara yekun vurulub. Azərbaycan millisi Oyunları 5-i gümüş, 4-ü bürünc olmaqla ümumilikdə 9 medalla başa vurub.