Bakı. Trend:
AZCON Holding şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları”QSC-nin (ADY) sədri Rövşən Rüstəmov Qazaxıstanda keçirilən “NewSilk Way” (Yeni İpək Yolu) VII beynəlxalq nəqliyyat-logistikabiznes-forumu çərçivəsində “Avrasiya məkanında dəmiryolinfrastrukturunun inkişafı” adlı panel müzakirələrində iştirakedib.
Trend “Azərbaycan DəmirYolları” QSC-yə istinadən xəbər verir ki, Müzakirələrdə OrtaDəhliz, liman və dəmir yollarının inteqrasiyası, texnolojimodernləşdirmə və tranzit imkanlarının artırılması kimi mövzularmüzakirə olunub.
ADY sədri bildirib ki, Bakı–Tbilisi–Qars (BTQ) dəmir yoluAzərbaycan, Gürcüstan və Türkiyə arasında yükdaşımaların əsas xəttiolaraq regional nəqliyyat sistemində mühüm rol oynayır. BTQ vəZəngəzur dəhlizi birlikdə regionun tranzit imkanlarını artıraraqticarət axınlarını dəstəkləyən vahid şəbəkə yaradacaq.
ADY-nin cari yükdaşıma göstəricilərinə toxunan sədr bu ilin 9ayı ərzində Çindən Orta Dəhliz vasitəsilə 296 blok-qatarın, ocümlədən 113 tranzit qatarın qəbul edildiyini vurğulayıb və burəqəmin ötən ilin eyni dövrünün göstəricisini (213 qatar)əhəmiyyətli dərəcədə üstələdiyini qeyd edib.
Bu ilin fevralında Bakı Limanının ADY-yə birləşdirilməsi iləregional yükdaşımalar üçün perspektivlərin daha da genişləndiyinidiqqətə çatdırıb və bu inteqrasiyanın tranzit müddətini və əlavəlogistik xərcləri azaltdığını, yükdaşımaların sürət vərəqabətqabiliyyətini artırdığını bildirib.
Qazaxıstan Nəqliyyat Həftəsi çərçivəsində Azərbaycan, Qazaxıstanvə Gürcüstan dəmiryol administrasiyalarının rəhbərləri RövşənRüstəmov, Talqat Aldıbergenov və Laşa Abaşidze Trans-XəzərBeynəlxalq Nəqliyyat Marşrutu boyunca darboğazların aradanqaldırılması haqqında Yol Xəritəsini imzalayıblar.
Sənədə əsasən, darboğazların aradan qaldırılması üçüninfrastrukturun yaxşılaşdırılması, hərəkət tərkiblərininyenilənməsi və əməliyyat prosedurlarının optimallaşdırılması, eləcədə Orta Dəhlizin inkişafı məqsədilə 3 ölkə arasında koordinasiyanıngücləndirilməsi, infrastruktur və əməliyyat səmərəliliyinin davametdirilməsi və artan yük həcmlərinə hazır olmaq prioritetistiqamətlər kimi müəyyən edilib.
Qazaxıstan Nəqliyyat Həftəsi çərçivəsində, həmçinin 28-ciQazaxıstan Beynəlxalq “Nəqliyyat və Logistika” Sərgisi keçirilir.Sərgidə Qazaxıstan, Azərbaycan, Türkiyə, BƏƏ, Almaniya, Çin,Latviya, Estoniya, Hindistan, Rusiya və Belarusdan olan şirkətləriştirak edir. ADY sərgidə ayrıca stendlə təmsil olunur.