AZ

"Qarabağ"lı Portuqaliyada başladığı işə Bakıda davam etməlidir!

"Qarabağ"ın yeni tapıntısı Kamilo Duran ilk dəfə Premyer Liqanın 4-cü turunda "Zirə" ilə matçda hücumçu kimi meydana çıxmışdı. 23 yaşlı oyunçu sivri ucda yer aldığı debut matçında qol vurmasa da kifayət qədər yaxşı potensialının olduğunu göstərə bilmişdi.

Məntiqi nəticəsi olaraq Portuqaliya səfərində hamımızı sevindirdi.

Vurduğu qol, etdiyi məhsuldar ötürmə ilə.

Ümid etmək olardı ki, bunun davamı liqada da gələcək. Çevriləcək Ağdam klubunun aylardı axtarışında olduğu forvarda.

Bir növ "Benfika" önündəki parlaq çıxış onu əlavə motivasiya etmiş olmalıydı.

Amma olmadı.

Duran nə "Araz-Naxçıvan", nə də "Qəbələ" ilə matçda özünə bənzəmədi.

Xüsusilə "Kopenhagen" kimi rəqiblə oyundan öncə belə gedişat arzuolunan deyil.

Daha çox vinger kimi çıxış ermiş Duranın yeni mövqeyə alışması üçün zaman lazım olduğu aydın sezilir.

Klubun, onu sevən azarkeşlərin isə belə zamanı yoxdur. Qarşıdan növbəti əhəmiyyətli matç gəlir.

Marko Yankviçin sıradan çıxması onsuz da danimarkalıların lehinə işləyən hadisədir.

Bir də bünün üzərinə Duranın susqunluğunu gəlsək, vəziyyət heç yaxşı olmaz.

Ümid edək ki, Duranın "Benfika" benefsi "bir atımlıq barıt" təsiri bağışlamaz. Çempionatdakı iki oyunluq susqunluğu Avropa səhnəsində sonlanar.

O, Portuqaliyada başladığı işə Bakıda davam etməlidir! Vəziyyət bunu tələb edir.

XANOĞLAN / SPORTİNFO.AZ

Seçilən
26
sportinfo.az

1Mənbələr