AZ

Naxçıvanda zəncirvari qəza: yaralılar var

Naxçıvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

Axar.az xəbər verir ki, hadisə şəhərin Cəlil Məmmədquluzadə küçəsində qeydə alınıb. Qəza zamanı VAZ 2107, “Raf” və “NAZ-Lifan” markalı avtomobillər toqquşublar.

Zəncirvarı qəzada 4 nəfər xəsarət alıb. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

Seçilən
3
9
axar.az

10Mənbələr