AZ

"Qarabağ" "Kopenhagen"ə qarşı - YENİLƏNİR

UEFA Çempionlar Liqasında əsas mərhələnin 2-ci tur görüşləri keçirilir.

Sportal.az xəbər verir ki, ikinci oyun günündə Azərbaycanın turnirdəki yeganə təmsilçisi "Qarabağ" da meydana çıxacaq.

Qurban Qurbanovun baş məşqçisi olduğu "atlılar" Bakıda Danimarkanın "Kopenhagen" klubunu qəbul edəcəklər.

Xatırladaq ki, Ağdam təmsilçisi ilk turda səfərdə "Benfika"nı məğlub edib (3:2), skandinaviyalılar isə evdə "Bayer"lə bərabərə qalıblar (2:2).

UEFA Çempionlar Liqası. Əsas mərhələ. 2-ci tur

20:45 "Qarabağ" (Azərbaycan) - "Kopenhagen" (Danimarka) 0:0 (Birinci hissə)

Baş hakim: Serdar Gözübüyük

Baş hakimin köməkçiləri: Ervin Zeinstra, Patrik İnia

Dördüncü hakim: Yannik Van Der Laan

VAR: Rob Dieperink

AVAR: Jeroen Manşot (Hakimlər briqadası Niderlanddandır)

Bakı, Tofiq Bəhramov adına Respublika stadionu.

saytlarin hazirlanmasi

Seçilən
10
1
sportal.az

6Mənbələr