AZ

Əliyev elan etdi, Avropa sevindi Xəzərdə dünyanı heyrətləndirən gəlişmə

ain.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

İtaliya Prezidenti Sercio Mattarellanın Azərbaycana səfəri və Prezident İlham Əliyevlə məhsuldar görüşü bir çox baxımdan diqqət çəkir. Liderlər iki ölkə arasında əməkdaşlığı və bir çox sahələr üzrə əlaqələrin inkişaf edən xətt üzrə irəliləməsini vurğlayıblar.

Mattarella ölkəsinin Azərbaycanla dostluqdan fərəhləndiyini bildirib. İlham Əliyev çıxışı zamanı Azərbaycanla Avropa İttifaqının elektrik ixracı istiqamətində birgə işlədiyini açıqlayıb. Prezident Xəzərin dibi ilə Orta Asiyadan ölkəmizə və daha sonra Avropaya elektrik enerjisinin ötürüləcəyini söyləyib.

Avropanın qazdan sonra elektriklə də təminatı rəsmi Bakıya siyasi və iqtisadi baxımdan hansı üstünlükləri gətirəcək? Bu layihə ölkəmizin regional roluna necə təsir edəcək?

Globalinfo.az-a danışan Milli Məclisin deputatı Arzuxan Əlizadə bildirib ki, Azərbaycan–İtaliya münasibətləri artan dinamika ilə inkişaf etməkdədir:

“Avropa İttifaqı ölkələri arasında Azərbaycanla ən yüksək səviyyədə münasibətləri normallaşdıran ölkələrdən biri, bəlkə də birincisi İtaliyadır. 2015-ci ildə Bakı ilə Roma arasında strateji müttəfiqlik haqqında saziş imzalanıb. 2020-ci ildə isə çoxsahəli strateji müttəfiqlik haqqında bəyannamə qəbul olunub. Bu kontekstdə İtaliya ilə münasibətlər iqtisadi, siyasi, ticarət və enerji sektorlarında inkişaf edir.

Hazırda Azərbaycandan 14 Avropa ölkəsinə qaz ixrac olunur və bu ölkələr arasında İtaliya ön sıralarda yer alır. Bununla yanaşı, təhsil və mədəniyyət sahəsində də uğurlu əməkdaşlıq mövcuddur. Ölkələrimiz arasında münasibətlər yüksələn xətt üzrə inkişaf edir.

İtaliya Prezidenti Sercio Mattarellanın Azərbaycana səfəri bir sıra imzalanmış sənədlərlə yanaşı, Azərbaycan–İtaliya Universitetinin açılması ilə də yadda qalacaq. Bu, gələcəkdə təhsil sahəsində əməkdaşlığın və mübadilənin genişlənməsinə xidmət edəcək”.

Arzuxan Əlizadə 

Deputat əlavə edib ki, gələcəkdə Azərbaycanla Avropa ölkələri arasında bərpa olunan enerji, yaşıl enerji və elektrik enerjisinin ixracı məsələləri də gündəmə gələ bilər:

“Qeyd etdiyim kimi, bu istiqamətdə İtaliya yenə də ön sırada olacaq. Azərbaycan bu potensialından istifadə etməklə bir çox Avropa ölkələrinə qeyd olunan enerjini ixrac edə biləcək.

Hazırda ölkəmizdə 100-dən artıq İtaliya şirkəti fəaliyyət göstərir. Bu şirkətlər müxtəlif sahələrə – kənd təsərrüfatı, tikinti, enerji sektoru və s. – investisiyalar qoyur. Bütün bunlar hər iki ölkənin iqtisadiyyatına böyük töhfələr verir”.

Safura Bənnayeva

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
20
globalinfo.az

1Mənbələr