AZ

Ebru Gündeş boşandıqdan sonra imicini dəyişdi – Sosial şəbəkədə gündəm oldu

Ebru Gündeş boşandıqdan sonra imicini dəyişdi – Sosial şəbəkədə gündəm olduMəşhur müğənni Ebru Gündeş, ötən həftə iş adamı Murat Osman Özdemir ilə Beykoz Məhkəməsində qarşılıqlı razılaşma əsasında boşanıb.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, boşanmanın ardından sənətçi yeni imici ilə diqqət çəkib. Klassik və sadə tərzini geridə qoyan Gündeş, yeni saçları və dəri gödəkçəsi ilə daha gənc və iddialı görünüş sərgiləyib.

Cütlüyün bir-birlərindən nə aliment, nə də təzminat tələb etmədikləri öyrənilib.

Onun sosial şəbəkədə paylaşdığı yeni fotolar qısa müddətdə gündəmə çevrilib.

İzləyicilərdən bəziləri müğənninin dəyişikliyini "çox yaraşıb", "yeni bir başlanğıcın işarəsi" kimi dəyərləndiriblər. Digərləri isə Gündeşi tanımaqda çətinlik çəkdiklərini bildiriblər. Bir izləyici, "Ebrunu tapmadıq, bu kimdir?" şərhi ilə diqqət çəkib. Başqa bir istifadəçi isə "boşanmaq yarayıb" sözləri ilə müğənninin yeni imicini müsbət qarşılayıb.

Qeyd edək ki, Ebru Gündeş ötən il Dubayda özündən 12 yaş kiçik iş adamı Murat Osman Özdemir ilə ailə qurmuşdu.

Seçilən
62
11
sonxeber.az

10Mənbələr