“Barselona”nın idman direktoru Deku klubun hücumçusu Robert Levandovski haqqında danışıb.
90deqiqe.Az-ın "Mundo Deportivo"ya istinadən məlumatına görə, 37 yaşlı polşalı ilə müqavilənin uzadılmayacağı barədə xəbərlər yayılsa da, Deku buna münasibət bildirib:
“Levandovski son illərin ən yaxşı hücumçusudur. O, hər səviyyədə fenomenal oyun sərgiləyir. Hər kəs ona nümunə götürə bilər. Gələcəyi barədə danışmaq vaxtı gəldikdə, o özü qərar verəcək. Biz bunu ictimaiyyətə açıqlamayacağıq”
Qeyd edək ki, cari mövsümdə La Liqada Levandovski 6 oyuna çıxaraq 4 qol vurub. Onun “Barselona” ilə mövcud müqaviləsi gələn yayadək qüvvədədir.