AZ

“Ferrari" doğru yoldadır, amma..."

“Ferrari"nin keçmiş rəhbəri Mauritsio Arrivabene Scuderianın hazırkı vəziyyəti ilə bağlı fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, o bildirib ki, Formula 1-də superkarın 50 min komponenti var və onları altı ay ərzində idarə etmək çox çətindir. “Səhv etsən, demək olar ki, bütün mövsüm boyu onunla üzləşirsən və düzəltmək çətindir. Vassər ciddi insandır, hər şeyi anlayır. Mənə isə daha asan idi, çünki italianca danışırdım və bütün incəlikləri başa düşürdüm”, – deyə Arrivabene qeyd edib.

O həmçinin əlavə edib ki, “Ferrari" mühərrik sahəsində rəqiblərindən geri qalmasa da, aerodinamika və kompozit materiallar üzrə İngiltərədəki şirkətlərdən geri qalır. “Bu boşluğu aradan qaldırmaq üçün həm ənənələrdə, həm də texniki ekspertizada, universitetlərlə birlikdə çox iş görülməlidir. Amma tədricən məqsədə yaxınlaşırıq. Səbir lazımdır, amma "Ferrari" doğru yoldadır”, – deyə keçmiş rəhbər bildirib.

Seçilən
76
90deqiqe.az

1Mənbələr