AZ

"Qarabağ çox mükəmməl oyun göstərdi"

"Qarabağ" çox mükəmməl oyun nümayiş etdirdi".

Moderator.az xəbər verir ki, bunu "Kopenhagen"in baş məşqçisi Yakob Neestrup UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda "Qarabağ"a qarşı keçirdikləri oyundan sonra mətbuat konfransında deyib.

O bildirib ki, "Qarabag"ın oyununun belə mükəmməl olması məşqçisinin adı ilə bağlıdır.

"O, uzun illərdir bu klubun baş məşqçisidir və bu gün də "Qarabağ"dan gözlədiyim oyunu gördüm", - deyə rəqib baş məşqçi bildirib.

Qeyd edək ki, "Qarabağ" - "Kopenhagen"i 2:0 məğlub edərək Çempionlar Liqasının əsas mərhələsində ardıcıl ikinci qələbəsini qazanıb.

Seçilən
1
1
moderator.az

3Mənbələr