AZ

Qurban Qurbanov “Qalatasaray”ı təbrik etdi

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Qalatasaray”ın “Liverpul üzərindəki qələbəsi münasibətilə qardaş ölkə təmsilçisini təbrik edib.

Axar.az xəbər verir ki, bu barədə Qurban Qurbanov “Qarabağ” – “Kopenhagen” (2-0) oyunundan sonra keçirilən mətbuat konfransında danışıb.

"Uğur olan yerdə diqqət, təbriklər, xoş sözlər daha çox olacaq. Bu bizi yanıltmalı deyil. Bəzən uğursuzluq da ola bilər. Türkiyənin, qardaş ölkənin bizə dəstək olması bizi sevindirir. Mən də "Qalatasaray" klubunu qələbə münasibətilə təbrik edirəm", - Q.Qurbanov deyib.

Qeyd edək ki, Çempionlar Liqasının Liqa mərhələsinin ikinci turunda “Qalatasaray” öz meydanında İngiltərə komandası “Liverpul”u 1-0 məğlub edib və aktivinə ilk üç xalı yazdırıb.

Seçilən
5
1
axar.az

10Mənbələr