AZ

Türklərin olduğu gəmi yüksək riskli ərazidə: “Hərbi müdaxilə gözləyirik” – VİDEO

Qəzzaya humanitar yardım aparan Qlobal Sumud Donanması İsrailin müdaxiləsinə məruz qalıb.

Hadisə beynəlxalq sularda baş verib.

Donanmadakı türk fəallar CNN Türk-ə açıqlamalarında vəziyyətin gərgin olduğunu açıqlayıblar.

Gəmidəki şəxslər hazırda çox riskli bölgədə olduqlarını və hər an İsrailin hücumunun baş verə biləcəyini qeyd ediblər:

“Hazırda yüksək hazırlıq vəziyyətindəyik, qarşımızda 12 İsrail gəmisi var. Onlar bizi əngəlləmək üçün bütün gücü ilə yaxınlaşır. Bu gecə mütləq hərbi müdaxilə gözləyirik”.

Artıq 11 türkün təxliyə edildiyi bildirilir.

Globalinfo.az
Seçilən
21
1
editor.az

3Mənbələr