AZ

“Qarabağ” Azərbaycanın xal ehtiyatını artırdı

“Qarabağ” Azərbaycanın UEFA reytinqində xal ehtiyatını artırıb.

Axar.az xəbər verir ki, bu, “Qarabağ”ın Çempionlar Liqasının 2-ci turunda evdə “Kopenhagen”ni məğlub etməsi (2:0) sayəsində mümkün olub.

Bu qələbə Azərbaycanın reytinqinə daha 0,500 əmsal əlavə edib. Nəticədə Azərbaycanın xal ehtiyatı 22,000-ə çatıb. Ölkəmiz 25-ci pillədəki mövqeyini möhkəmləndirib.

Qeyd edək ki, hazırda reytinqdə 24-cü pillədə yer alan Serbiyanın 22,375 əmsalı var.

Seçilən
21
2
axar.az

3Mənbələr