AZ

Şəhriyarın reytinqi qalxdı

Beynəlxalq Şahmat Federasiyası (FİDE) şahmatçıların yeni reytinqini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, Azərbaycanın kişi təmsilçilərindən Şəhriyar Məmmədyarov sıralamada 2 pillə irəliləməyi bacarıb.

Onun aktivində 2742 xal var. Ş.Məmmədyarov bu nəticə ilə 14-cüdür.

Teymur Rəcəbov 2692 xalla 38-ci, Rauf Məmmədov 2655 xalla 62-ci, Eltac Səfərli 2630 xalla 100-cü yerdədir.

Sıralamanın lideri Maqnus Karlsendir (Norveç) - 2839 xal.

Qadın təmsilçilərimizdən isə ən yaxşı nəticə Ülviyyə Fətəliyevaya məxsusdur. O, 2410 xalla 35-cidir.

Günay Məmmədzadə 2390 xalla 51-ci, Gövhər Beydullayeva 2362 xalla 73-cü, Xanım Balacayeva 2351 xalla 87-cidir.

Bu sıralamanın lideri isə çinli Hou İfandır - 2617 xal.

Seçilən
25
sportinfo.az

1Mənbələr