Ajans.az Teleqraf.az-a istinadən xəbər verir ki, yanğın hadisəsi rayonun Quzanlı qəsəbəsində baş verib. Rayon sakini İsmayılov Əhəd Natiq oğluna məxsus 3 otaqlı evdə yanğın baş verib. Yanğın zamanı 1965-ci il təvəllüdlü İsmayılov Zibeydə Qənimət qızı ikinci dərəcəli və onun nəvəsi 2013-cü il təvəllüdlü İsmayılova Nəzrin Əhəd qızı birinci dərəcəli yanıq xəsarətləri alaraq Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hadisə yerinə FHN-nin yanğınsöndürən əməkdaşları cəlb edilib. Yanğın yanğınsöndürən əməkdaşları tərəfindən söndürülərək yaxınlıqdakı evlərə keçməsinin qarşısı alınıb.
Faktla bağlı araşdırma başlanıb.