“Böyük yeddilik” (G7) ölkələrinin maliyyə nazirləri Rusiyaya təzyiqi gücləndirmək üçün birgə addımlar atmaq barədə razılığa gəlib. Bu barədə Kanadanın rəsmi hökumət saytında dərc olunan birgə bəyanatda qeyd olunub.
Bəyanatda bildirilir ki, G7 ölkələri Ukraynanın maliyyə ehtiyaclarını ödəmək üçün yeni mexanizmlər hazırlayır, o cümlədən öz yurisdiksiyalarında dondurulmuş Rusiya aktivlərindən koordinasiyalı şəkildə istifadə etməyi planlaşdırır.
Nazirlər həmçinin Rusiyanın əsas gəlir mənbəyi olan neft ixracına qoyulan məhdudiyyətlərin sərtləşdirilməsinə razılaşıblar.
“Rusiyanın neft alışını artıran və ya sanksiyalardan yayınmağa kömək edənlərin fəaliyyətinin qarşısı alınacaq”, – bəyanatda vurğulanır.
Bloomberg yazır ki, razılaşdırılan sənəd hələ yekun deyil, lakin yaxın günlərdə G7 ölkələri Rusiyanın enerji, maliyyə və müdafiə sektorlarına qarşı yeni sanksiyalar paketini təqdim etməyi planlaşdırır.
Avropa İttifaqı isə oktyabrın 1-də Ukraynaya 4 milyard avro məbləğində növbəti fövqəladə makromaliyyə dəstəyi ayırıb.
Bunun 2 milyard avrosu pilotsuz uçuş aparatlarının istehsalına yönəldiləcək.
N.Təbrizli