AZ

WSJ: ABŞ Ukraynaya Rusiyanın dərinliyinə zərbələr üçün kəşfiyyat məlumatı verəcək

Vaşinqton Kiyevə yeni dəstək planı hazırlayır, müttəfiqlərə də çağırış edilib...

ABŞ Ukraynaya Rusiya ərazisinə, xüsusilə də enerji infrastrukturuna raket zərbələri endirmək üçün istifadə edilə biləcək kəşfiyyat məlumatları təqdim etməyə hazırlaşır.

Poliqon xəbər verir ki, bu barədə The Wall Street Journal mənbələrə istinadən məlumat yayıb.

Nəşrin yazdığına görə, amerikalı rəsmilər həmçinin NATO müttəfiqlərinə müraciət edərək Kiyevə analoji dəstək göstərməyə çağırıblar. Vaşinqtonun gündəmində olan digər məsələ isə Ukraynaya uzaqmənzilli silahların – “Tomahawk” qanadlı raketlərinin və “Barracuda” tipli sursatların verilməsi ilə bağlıdır. Lakin bu barədə yekun qərar hələ qəbul edilməyib.

Xatırladaq ki, bundan əvvəl ABŞ prezidenti Donald Trampı Ukrayna Silahlı Qüvvələrinin yeni hücum əməliyyatı planları barədə məlumatlandırıblar. Bildirilirdi ki, Kiyev bu hücum üçün ABŞ kəşfiyyatının dəstəyinə ehtiyac duyacaq. Həmin vaxt WSJ yazmışdı ki, Vaşinqton Amerika istehsalı olan silahların Rusiya Federasiyasının suveren ərazilərinə qarşı istifadəsinə məhdudiyyətlər qoyur.

Müşahidəçilər qeyd edirlər ki, ABŞ-ın Ukraynaya bu səviyyədə dəstək göstərməsi Moskva ilə Qərb arasında gərginliyi daha da artıracaq və münaqişənin yeni mərhələyə keçməsinə yol aça bilər.

Poliqon.info

Seçilən
52
25
poliqon.info

10Mənbələr