AZ

Qəbələdə məktəbdə birinci və ikinci siniflər birlikdə dərs keçirlər- Video

Qəbələnin Tikanlı kənd tam orta məktəbində I və II sinif şagirdləri eyni sinif otağında dərs alır. Valideynlər bu vəziyyətdən narazılıq edərək, sinif otaqları və müəllim heyəti mövcud olduğu halda, iki sinifin bir yerdə tədrisinin məqsədəuyğun olmadığını bildiriblər. Bu barədə  "Xəzər" TV videosujet hazırlayıb.

Məlumata görə, müəllim dərs saatını bölərək 22 dəqiqə I sinif, 22 dəqiqə isə II sinif şagirdləri ilə məşğul olur.

Məsələ ilə bağlı Şəki-Zaqatala Regional Təhsil İdarəsi bildirib ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, ibtidai siniflərdə şagird sayı 10 nəfərdən az olduqda siniflər komplekt şəkildə təşkil edilir. Tikanlı kənd məktəbində I və II siniflərdə müvafiq olaraq 9 nəfər şagird təhsil alır. Qanunvericiliyə əsasən, belə hallarda komplekt siniflərin yaradılması normativlərə uyğundur.

Qurum həmçinin qeyd edib ki, komplekt siniflərdə dərs prosesi xüsusi metodika ilə aparılır və bu, təhsil standartlarına cavab verir.

Seçilən
29
anews.az

1Mənbələr