AZ

MDB Oyunları: Azərbaycan üzgüçüsü qızıl medal qazanıb

Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Gəncə, 2 oktyabr, AZƏRTAC

Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunlarında üzgüçülük yarışları davam edir.

AZƏRTAC xəbər verir ki, Gəncə İdman Sarayında təşkil edilən yarışların beşinci günündə təmsilçimiz Süleyman İsmayılzadə 400 metr məsafəyə sərbəst üsulla üzmədə qızıl medal qazanıb.

Xatırladaq ki, 13 ölkədən ümumilikdə 1624 idmançının iştirak etdiyi III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
272
17
azertag.az

10Mənbələr