AZ

ABŞ rəsmilərinə Anım Günü ilə bağlı məlumatlandırıcı məktublar göndərilib (FOTO)

Bakı. Trend:

ABŞ-nin Nyu York şəhərində fəaliyyət göstərən Azərbaycan-AmerikaGənclər Federasiyası 27 Sentyabr – Anım Günü ilə əlaqədarməlumatlandırıcı məktub kampaniyası keçirib. Kampaniya Azərbaycanınsuverenliyi və ərazi bütövlüyünün müdafiəsi uğrunda şəhid olanhərbi qulluqçuların və mülki vətəndaşların əziz xatirəsinə həsrolunub.

Trend xəbər verir ki, bu barədə Diasporla İşüzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, ABŞ Prezidenti Donald Trampa, eləcə dəsenatorlara və konqres üzvlərinə göndərilən məktublarda uzun illərərzində Azərbaycan torpaqlarının işğal altında qaldığı, nəticədəbir milyondan çox insanın doğma yurdlarını tərk etməyə məcburolduğu vurğulanıb. 44 gün davam edən Vətən müharibəsi nəticəsindəölkəmizin ərazi bütövlüyünün bərpa edildiyi və hazırda uğurla davametdirilən “Böyük Qayıdış” proqramı diqqətə çatdırılıb. Həmçininazad edilən ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuqişləri, həmin ərazilərin minalardan təmizlənmə prosesi haqdabilgilər verilib.

Məktublarda ABŞ-nin Cənubi Qafqazda sülh və sabitliyin təminolunmasına yönəlmiş səyləri yüksək qiymətləndirilib və bu dəstəyəgörə təşəkkür ifadə olunub.

Azərbaycan-Amerika Gənclər Federasiyası Azərbaycan ilə ABŞarasında sülh, ədalət və qarşılıqlı hörmətə əsaslananmünasibətlərin möhkəmləndirilməsinə sadiqliyini bəyan edib.

ABŞ
ABŞ
ABŞ
ABŞ
Seçilən
19
5
az.trend.az

6Mənbələr