AZ

BMT Baş Katibinin 2025 ci il hesabatında BTQ nin fəaliyyəti qeyd olunub

Sia Az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bakı Təşəbbüs Qrupunun (BTQ) hesabatı BMT Baş katibinin 2025-ci il üzrə təqdim etdiyi "Afrika mənşəli insanların beynəlxalq ikinci onilliyinin həyata keçirilməsi üzrə fəaliyyət proqramı"na dair məruzədə qeyd olunub. xəbər verir ki, bu barədə BTQ məlumat yayıb.

Bildirilib ki, Baş katibin hesabatında BTQ məhz dekolonizasiya və kiçik adalarda yaşayan xalqların müstəqilliyi istiqamətində fəaliyyət aparan qlobal vətəndaş cəmiyyətləri sırasında yeganə QHT kimi adı qeyd olunub.

Xatırladaq ki, 2025-ci ilin mayında BMT Baş katibinin hesabatında təşkilatın fəaliyyətinə istinad olunması bir daha təsdiqləyir ki, BTQ beynəlxalq miqyasda etimad olunan tərəfdaşdır və kolonializmə məruz qalan xalqların haqq səsinin dünyaya çatdırılmasında mühüm platforma rolunu oynayır.

Qeyd edək ki, BTQ-nin təqdim etdiyi hesabatda əks olunmuş fəaliyyətlər sırasında təşkilat tərəfindən cari il yanvarın 21-də təşkil olunmuş "Reyunyon adasının müstəqilliyi: Fransanın müstəmləkə irsinin yenidən qiymətləndirilməsi və suverenliyə gedən yol" adlı beynəlxalq konfrans, fevralın 24-26-da Fransa və Niderlandın müstəmləkəçiliyi altında olan ölkələrdə fəaliyyət göstərən jurnalistlərin iştirakı ilə təşkil edilmiş Beynəlxalq Mediatur, aprelin 15-də BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında keçirilmiş "Dekolonizasiya: Səssiz İnqilab" adlı beynəlxalq konfrans yer alıb. Sonuncu tədbir isə BMT-nin Afrika Mənşəli İnsanların Daimi Forumunun dördüncü sessiyasının rəsmi yan tədbiri kimi BMT-də qeydiyyatdan keçib.

Sözügedən beynəlxalq tədbirlər BTQ-nin dekolonizasiya və insan hüquqları sahəsində gördüyü işlərin beynəlxalq ictimaiyyətə təqdim olunması baxımından mühüm rol oynayıb. Belə ki, BTQ-nin icraçı direktoru Abbas Abbasov və müstəmləkə altında olan ərazilərin nümayəndələri BMT Baş Assambleyasında Afrika Mənşəli İnsanların Daimi Forumunun dördüncü sessiyasında çıxış edib.

Bundan əlavə, BTQ-nin "Afrika mənşəli insanların beynəlxalq ikinci onilliyi"nə verdiyi töhfələrdən biri də "Reparasiya: Müstəmləkə irsi ilə üzləşmə" adlı müraciətinin qəbul edilməsi və kolonial zülmün tanınması və reparasiya tələbləri ilə bağlı beynəlxalq petisiyanın başlanması olub. Sənədlərdə keçmiş müstəmləkəçi dövlətlərin tarixi cinayətlərə görə məsuliyyət daşımaqdan yayınması qətiyyətlə pislənib və reparasiyaların yalnız hüquqi deyil, həm də ədalət və insan ləyaqətinin bərpasına əsaslanan mənəvi öhdəlik olduğu vurğulanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
11
sia.az

10Mənbələr