AZ

Banklarda dollarla bağlı vəziyyət dəyişdi: devalvasiya riski...

ain.az, GlobalInfo saytına istinadən bildirir.

Azərbaycanda cari ilin ilk səkkiz ayında kommersiya bankları əhaliyə 1 milyard 261.48 milyon ABŞ dolları satdığı halda, onlardan 1 milyard 369.44 milyon dollar alıblar. Bildirilir ki, dollar alışı əhalinin devalvasiya gözləntisini əks etdirə bilər. Yəni insanlar “manat dəyər itirə bilər” düşüncəsi ilə dollar almağa üstünlük verirlər.

Dollar alışının satışını üstələməsi nə deməkdir?

Globalinfo.az-a danışan İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri, iqtisadçı Eyyub Kərimli deyib ki, qeyd olunan rəqəmlər bankların daha çox əhalidən xarici valyuta aldığını göstərir:

“Bu vəziyyəti yalnız devalvasiya gözləntiləri ilə əlaqələndirmək düzgün deyil. Əksinə, bəzi hallarda əhali istehlak xərclərini qarşılamaq üçün ehtiyatda saxladıqları valyutanı xırdalamağa məcbur qalır və büdcələrindən vəsait xərcləyirlər. Digər tərəfdən, devalvasiya gözləntilərinin azalması da əhalini öz yığımlarını manata çevirməyə və xərcləməyə sövq edir. Artan istehlakla gəlirlər arasındakı uyğunsuzluq isə valyutanın daha çox xərclənməsinə səbəb olur”.

Eyyub Kərimli

İqtisadçı bildirib ki, dollar alışının satışdan çox olması ilk baxışda manatın dəyər itirə biləcəyi ilə bağlı narahatlığı ifadə edir:

“Yəni insanlar yığımlarını riskdən qorumaq üçün daha sabit hesab etdikləri valyutaya, dollara yönəlirlər. Amma bu tendensiya yalnız devalvasiya gözləntisi ilə bağlı deyil. Burada digər makroiqtisadi amillər – daxili bazarda inflyasiya, manatla depozitlər üzrə aşağı faizlər, xarici ticarət ödənişlərində dolların üstün mövqeyi və valyuta bazarında mövsümi məhdudiyyətlər də təsir edə bilər”.

Ləman İmran

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
29
1
globalinfo.az

2Mənbələr