Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 2-də Kopenhagendə Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşü olub.
Demokrat.az xəbər verir ki, görüşdə tərəflər ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə keçirilmiş Vaşinqton Sülh Sammitində əldə olunan razılaşmaların əhəmiyyətini vurğulayıblar.
Onlar Ermənistan və Azərbaycan arasında sülhün daha da möhkəmləndirilməsi istiqamətində səy göstərməyə hazır olduqlarını bir daha təsdiq ediblər.
Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri regionda nəqliyyat kommunikasiyalarının faydalarını vurğulayıblar, Azərbaycan ərazisində infrastrukturun inkişafı ilə bağlı cari işlərin gedişatı və Ermənistan ərazisində TRIPP layihəsini müzakirə ediblər, Vaşinqton Bəyannaməsinin icrası ilə bağlı fikir mübadiləsi aparıblar.
Tərəflər bu xüsusda ATƏT-in Minsk prosesinin və onunla əlaqəli strukturların ləğv olunması ilə bağlı yekdilliklə qəbul edilmiş qərarı alqışlayıblar.
Görüşdə tərəflər etimad quruculuğu tədbirlərinin bundan sonra da həyata keçirilməsinin vacibliyini vurğulayıb və təmasları davam etdirmək barədə razılığa gəliblər.
***
11:08
Azərbaycan Prezidenti İlham Əliyev Ermənistan Baş naziri Nikol Paşinyanla görüşüb.
Demokrat.az xəbər verir ki, görüş Danimarkanın paytaxtı Kopenhagendə “Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplantısı çərçivəsində baş tutub.
10Mənbələr
-
oxumeni.azAzərbaycan Prezidenti İlham Əliyevin Kopenhagendə Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşü olub ( 21985168)
-
azerbaijan-news.azAzərbaycan Prezidenti İlham Əliyevin Kopenhagendə Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşü olub YENİLƏNİB ( 21976702)
-
baki-xeber.comPrezident İlham Əliyev Kopenhagendə Paşinyanla görüşüb - FOTO/YENİLƏNDİ ( 21974908)
-
leqal.infoAzərbaycan və Ermənistan liderləri Vaşinqton Bəyannaməsinin icrasını müzakirə ediblər ( 21974752)
-
tribunainfo.azİlham Əliyev Kopenhagendə Nikol Paşinyanla görüşdü – Video (YENİLƏNİB) ( 21970816)
-
far.azİlham Əliyev Kopenhagendə Nikol Paşinyanla görüşüb ( 21969847)
-
xezernews.azİlham Əliyev və Paşinyan hansı məsələdə razılığa gəldi? - Təfərrüatlar açıqlandı ( 21969310)
-
moderator.azİlham Əliyev Kopenhagendə Paşinyanla GÖRÜŞDÜ - YENİLƏNİB + FOTO/VİDEO ( 21969073)
-
poliqon.infoİlham Əliyev Kopenhagendə Nikol Paşinyanla görüşüb - Yenilənib ( 21968362)
-
interpress.azİlham Əliyev Kopenhagendə Nikol Paşinyanla görüşüb ( 21968266)