AZ

Əş-Şaraa generalları Moskvaya GÖNDƏRDİ

Suriya Ərəb Respublikasının Müdafiə Nazirliyinin Baş Qərargah rəisi, general-mayor Əli əl-Naasanın rəhbərlik etdiyi nümayəndə heyəti Moskvaya səfər edib.

News365.az xəbər verir ki, bu barədə SANA agentliyi məlumat yayıb.

Suriya nazirliyinin rəsmi Teleqram kanalı xəbər verir ki, nümayəndə heyətini Rusiya tərəfdən müdafiə nazirinin müavini Yunus-Bek Yevkurov qarşılayıb.

Qeyd edək ki, iyulun 31-də Suriyanın müdafiə naziri Marhaf Abu Qasr da Moskvaya səfər edib, rusiyalı həmkarı Andrey Belousovla görüşərək iki ölkə arasında hərbi əməkdaşlıq perspektivlərini və Yaxın Şərqdəki vəziyyəti müzakirə edib.


Seçilən
14
3
news365.az

4Mənbələr