AZ

Prokuror Elarizin kürəkəni üçün bu qədər cəza istədi

3 nəfərin külli miqdarda pulunu ələ keçirməkdə təqsirləndirilən Nizami Alışanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Day.Az APA-ya istinadla xəbər verir ki, bu gün prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror təqsirləndirilən Nizami Alışanın 12 il müddətinə azadkıqdan məhrum etmə cəzasına məhkum edilməsini istəyib. pizza sifarişi

Qarşı tərəf ziyanın ödənilməməsini və ödənilməsinə cəhd göstərilməməsini əsas gətirərək daha ağır cəzanın verilməsini xahiş edib.

Proses 13 oktyabrda davam etdiriləcək.

İş üzrə zərərçəkən qismində 3 nəfər - Zeynal Usubov, Babək Məmmədzadə və Yadigar İsrafilov tanınıb.

İttihama görə, təqsirləndirilən Nizami Alışan özünü səhm və valyuta alqı-satqısı ilə məşğul olan mütəxəssis kimi təqdim edib. O, Babək Məmmədzadənin 1 milyon 300 min, Zeynal Usubovun 945 min, Yadigar İsrafilovun isə 200 min dollar pulunu ələ keçirib.

Zərərçəkmişlərə dəyən ümumi ziyan 2 milyon 445 min dollar (4 milyon 156 min 500 AZN) təşkil edir.

Ona Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq - xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə də ittiham irəli sürülüb.

Nizami Alışan AzTV-nin keçmiş sədri Arif Alışanovun qardaşı oğlu, hazırda ABŞ-də yaşayan müğənni Elariz Məmmədoğlunun kürəkənidir.

Babək Məmmədzadə "Aztelecom" MMC-nin sabiq direktoru Məhəmməd Məmmədovun oğludur.

Seçilən
17
13
day.az

10Mənbələr