AZ

İndiyədək BTC vasitəsilə 3 milyon 383 min ton qazax nefti nəql edilib

BAKI, 2 oktyabr. TELEQRAF

2023-cü ildən bu günədək BTC vasitəsilə 3 milyon 383 min ton qazax neftinin nəql edilib.

Teleqraf xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazovun Qazaxıstan Enerji Həftəsi çərçivəsində SOCAR prezidenti ilə birlikdə Qazaxıstanın energetika naziri Erlan Akkenjenovla görüşdə qeyd edilib.

. Görüşdə karbohidrogen və yaşıl enerji sahələrində əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub. Həmçinin Qazaxıstan neftinin Azərbaycan ərazisindən tranzitinin artırılması, SOCAR və "KazMunayGaz" arasında birgə layihələr üzrə əməkdaşlıq imkanları və “Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi”nin icra vəziyyəti nəzərdən keçirilib.

Seçilən
22
4
teleqraf.com

8Mənbələr