AZ

AQTİ-nin laboratoriyasında əsaslı təmir işləri GÖRÜLƏCƏK

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) laboratoriya binasında əsaslı təmir işləri görüləcək.

BAKU.WS-in məlumatına görə, layihənin dəyəri 204 min 938 manat təşkil edir.

Təmir işləri çərçivəsində daxili su təchizatı və istilik sistemlərinin polipropilen borular vasitəsilə yenilənməsi, müxtəlif diametrli boru kəmərlərinin çəkilməsi, mövcud su-qaz xətlərinin sökülməsi nəzərdə tutulur. Bundan başqa, binada 296 kvadratmetr sahəni əhatə edən yeni asma tavanların quraşdırılması da planlaşdırılır.

Layihənin icrası laboratoriyanın fəaliyyət şəraitinin yaxşılaşdırılmasına, iş mühitinin daha müasir və funksional olmasına xidmət edəcək.

Seçilən
15
1
far.az

2Mənbələr