AZ

"Mançester Yunayted" 17 yaşlı vunderkindlə anlaşdı - SON DURUM

"Mançester Yunayted" 17 yaşlı kolumbiyalı vunderkind Kristian Orozkonu heyətinə qatıb.

Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Fabritsio Romano yayıb. 

Mənbənin məlumatına görə, "Fortaleza"dan transfer edilən müdafiəçi "qırmızı şeytanlar"a 1 milyon dollara başa gəlib. Onunla müqavilə 2026-cı ilin yayında qüvvəyə minəcək. 

Heç də yaxşı günlərini yaşamayan "Mançester Yunayted" cari mövsüm 6 turda cəmi 7 xal toplayıb və turnir cədvəlinin 14-cü pilləsindədir. 

Seçilən
32
1
fanat.az

2Mənbələr