AZ

Azərbaycanda ən böyük GES-də ilk panelin quraşdırılması mərasimi keçirilib - Yenilənib

Gücü 445 MVt olacaq Biləsuvar Günəş Elektrik Stansiyasında ilk günəş panelinin quraşdırılması mərasimi keçirilib...

Bu barədə "APA-Economics"in Biləsuvara ezam olunmuş əməkdaşı xəbər verir.

Tədbir zamanı bildirilib ki, ümumi sahəsi 1400 hektar olan Biləsuvar GES-də Çinin “JA Solar” şirkətinin istehsalı olan, hər iki üzü elektrik enerjisi istehsal edə bilən 943 mindən çox panelin quraşdırılması nəzərdə tutulur. Gücü 625-630 Vt təşkil edən günəş panelləri mərhələli şəkildə sahəyə gətirilir. Stansiya 8131 ədəd tək oxlu izləmə sistemi ilə təchiz olunacaq. İstismara verildikdən sonra panellərin təmizlənməsi xüsusi qurğular vasitəsilə avtomatik olaraq həyata keçiriləcək. Stansiyanın növbəti il istismara verilməsi planlaşdırılır.

Tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev, “Azərenerji” ASC-nin İdarə Heyəti sədrinin müavini Rüstəm Qasımov, Masdar şirkətinin baş əməliyyat direktoru Əbdüləziz Alobaidli, SOCAR-ın vitse-prezidenti Əfqan İsayev, SOCAR Green şirkətinin baş direktoru Elmir Musayev və digər nümayəndələr iştirak edərək layihənin enerji keçidi və ətraf mühitin qorunmasında əhəmiyyətini vurğulayıblar. Çıxışlarda bildirilib ki, Azərbaycanın bərpa olunan enerji hədəflərinə uyğun olaraq həyata keçirilən Biləsuvar GES həm istehsal gücü, həm də istifadə edilən texnologiyaların miqyası baxımından regionun ən böyük günəş enerji layihələrindən biri olacaq.

Mərasimdə iştirak edən rəsmi şəxslər və qonaqlar simvolik olaraq günəş panellərini imzalayıb və ilk panelin quraşdırılmasında iştirak ediblər.

***

Biləsuvar rayonunda inşa edilən 445 MVt gücündə günəş elektrik stansiyasında (GES) birinci panelin quraşdırılması mərasimi keçirilir.

"Report"un Biləsuvar rayonuna ezam olunmuş əməkdaşı xəbər verir ki, tədbirdə dövlət qurumlarının, beynəlxalq şirkətlərin və yerli icra hakimiyyətinin nümayəndələri iştirak edirlər.

Açılış mərasimində Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qurbanov, Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev, "Azərenerji" ASC-nin sədr müavini Rüstəm Qasımov, "Masdar" şirkətinin baş əməliyyat direktoru Əbdüləziz Alobaidli, "SOCAR Green"nin Baş direktoru Elmir Musayev çıxış edəcəklər.

Rəsmi çıxışlardan sonra qonaqlar simvolik olaraq günəş panelinin quraşdırılmasında iştirak edəcək, xatirəvi panelləri imzalayacaqlar.

Xatırladaq ki, Azərbaycanda bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi və "yaşıl enerji" zonasının yaradılması məqsədilə Biləsuvarda gücü 445 meqavat olacaq GES-in inşası ilə əlaqədar Azərbaycan dövləti ilə "Masdar" şirkəti arasında müqavilə imzalanıb. 4 iyun 2024-cü il tarixdə isə Azərbaycan Prezidenti İlham Əliyev və BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl Cabirin iştirakı ilə layihənin təməli qoyulub.

Qeyd edək ki, ümumi gücü 445 meqavat olacaq stansiyanın inşası məqsədilə dövlət mülkiyyətində olan və rayonun inzibati sərhədləri daxilində yerləşən 1 454 hektar ərazi ayrılıb. Layihənin icrasında Çin, Türkiyə, İspaniya və digər ölkələrdən olan yüksək ixtisaslı mütəxəssislər iştirak edirlər. Eyni zamanda, Biləsuvardan olan 1 500 nəfər yerli əməkdaşın layihəyə cəlb olunması planlaşdırılır.

Biləsuvar GES-də Çinin "JA Solar" şirkətinin istehsalı olan, hər iki üzü elektrik enerjisi istehsal edə bilən 943 mindən çox panelin quraşdırılması nəzərdə tutulur. Gücü 625-630 Vt təşkil edən günəş panelləri mərhələli şəkildə sahəyə gətirilir. Stansiya 8 131 ədəd tək oxlu izləmə sistemi ilə təchiz olunacaq. İstismara verildikdən sonra panellərin təmizlənməsi xüsusi qurğular vasitəsilə avtomatik olaraq həyata keçiriləcək. Stansiyanın növbəti il istismara verilməsi planlaşdırılır.

Poliqon.info

Seçilən
28
12
poliqon.info

10Mənbələr