Oktyabrın 1-də onun sahibi oladuğu “Tesla” şirkətinin səhmləri təxminən 4% bahalaşaraq İlon Maskın xalis sərvətini təxminən 9,3 milyard dollar artırıb. Belə ki, investorlar onun mövqeyindəki dəyişikliyi müsbət qiymətləndirməkdə davam etdilər.
“Mask “Tesla” şirkətinə daha çox vaxt ayırmaq üçün Trampın Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri vəzifəsindən istefa verdiyini elan etdikdən sonra elektrik avtomobil istehsalçısının səhmlərinin qiyməti təxminən iki dəfə artıb. “Tesla”-nın bazar kapitallaşması dekabrda əldə etdiyi bütün zamanların ən yüksək göstəricisinin 10%-i səviyyəsinə qayıdır və Maskın şirkətdəki 12%-lik payı hazırda 191 milyard dollar civarında qiymətləndirilir”,- hesabatda bildirilir.
![]() |
İlon Maskın şirkətləri “beyin”ləri itirir |
Onun 2002-ci ildə qurduğu “SpaceX” raket şirkətinin dəyəri ötən ilin dekabrında 350 milyard dollar olduğu halda, avqust ayında özəl tender təklifinə əsasən indi 400 milyard dollar civarında qiymətləndirilir. Sahibkar “SpaceX”-in 168 milyard dollarlıq səhmlərinin təxminən 42%-nə nəzarət edir.
Bundan əlavə, mart ayında İlon Mask tərəfindən yaradılan “xAI Holdings” şirkəti var. O, yeni süni intellekt şirkəti olan “xAI”-ni 2022-ci ildə aldığı “X” (keçmiş Twitter) ilə sosial şəbəkəsi ilə birləşdirib.Birləşmiş şirkətin qiyməti 113 milyard dollar təşkil edir. Mask “xAI Holdings”-in səhmlərinin təxminən 53%-nə malikdir ki, bu da 60 milyard dollarlıq sərvət deməkdir.
Proqnozlara görə, İlon Maskın hələ 2033-cü ilin martından əvvəl dünyanın ilk trilyonçusu olacağı gözlənilir. Məhz həmin vaxt “Tesla”nın mükafatlandırmapaketinin qüvvəyə minəcəyi iki tarixdən birincisinin vədəsi yetişəcək.
Maraqlıdır ki, bundan əvvəl “Financial Times (FT)” nəşri İlon Maskın şirkətlərinin top-menecerlərin axını ilə üzləşdiyini iddia etmişdi.
Sahil İsgəndərov
AzVision.az