Apa.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Oktyabrın 2-də saat 00:20 radələrində Ağdam rayonunda baş verən yanğın səbəbilə 2 nəfər (qadın cinsli) Ağdam Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə APA-ya TƏBİB-dən məlumat verilib.
Məlumata görə, 1965-ci il və 2013-cü il təvəllüdlü şəxslərə üzün, əllərin, hər iki yuxarı və aşağı ətrafın I və II dərəcəli termiki yanığı diaqnozu təyin olunub və zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyətləri orta ağır qiymətləndirilən şəxslər Nərimanov Tibb Mərkəzinin nəzdindəki Respublika Yanıq Mərkəzinə təxliyə olunub.
Elgün Gəncimsoy
***
09.43
Ağdam rayonunun Quzanlı qəsəbəsində ümumi sahəsi 90 m² olan birmərtəbəli, 3 otaqlı evin 2 otağının yanar konstruksiyaları 45 m² sahədə yanıb.
APA Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, yanğın zamanı 2 nəfər yanıq xəsarəti alıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.