AZ

Dövlət sərhədinin pozulmasının qarşısı alındı - Birgə MƏLUMAT

Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində İrandan Azərbaycan istiqamətinə dövlət sərhədinin pozulması halının qarşısı alınıb.

Gundem.az xəbər verir ki, bu barədə DSX ilə Dövlət Gömrük Komitəsinin (DGK) yaydığı birgə məlumatda bildirilib.

Qeyd edilib ki, DSX və DGK-nın birgə keçirdiyi sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində xidməti ərazidən ümumi çəkisi 15 kiloqram 200 qram narkotik vasitə marixuana və 1490 ədəd narkotik tərkibli metadon M-40 həbi aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Seçilən
16
27
gundem.az

10Mənbələr