AZ

Biz məhz belə bir Azərbaycan  arzu edirdik -AzərHəsrət- ÖZƏL

"Azərbaycan Prezidenti İlham Əliyevin  Avropa Siyasi Birliyinin toplantılarında iştirakı artiq bir zərurətə çevrilib. Təbiidir ki, bu zərurəti yaradan  Azərbaycan Prezidentinin və Azərbaycan dövlətinin meydana qoyduğu yeni reallıqlardır." Bu  fikirləri Olaylar.az-a  açıqlamasında siyasi  şərhçi  Azər  Həsrət  deyib:"  Artıq Avropa siyasi kluarlarında birmənalı şəkildə bu mövqeyə gəlinib ki, Azərbaycansız bu çür müzakirələr, toplantılar olmaz. Yəni Avropanın Azərbaycana ehtiyacı daha da artıb. Artdığına görə də, bu müzakirələrdə, bu toplantılarda  bizi də görmək istəyirlər. Üstəlik də burda Azərbaycan Prezidentinin özünün siyasi lider olaraq bacarıqları, təcrübəsi,  dünya tərəfindən qəbul edilməsi,  son aylarda   Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın ona göstərdiyi üstün diqqət, bütün bunlar onu deməyə əsas verir ki,  dünyanın hər tərəfində  bizə ehtiyac getdikçə  artır.  Onu da əlavə etmək lazımdır ki,  2026-cı il, 2027-ci ilə doğru  artıq  2026-ci ildə növbəti toplantılardan biri də, yəni  Avropa Siyasi Birliyinin növbəti  toplantılarından biri də Azərbaycanda keçiriləcək.  Yəni  Azərbaycan sadəcə olaraq  bu toplantılarda  iştirakçı kimi  qalmır, eyni zamanda  həmin toplantılara ev sahibliyi də edəcək.  Bu da Azərbaycana olan ehtimadın başqa bir müstəvidə yüksəlməsindən xəbər verir. Əlbəttə  Prezident İlham Əliyev  o toplantıda iştirakla bərabər,  həmişə olduğu kimi  ilktərəfli, çoxtərəfli  görüşlər də keçirəcək. Burada  həm  Azərbaycanla başqa ölkələrin, təşkilatların münasibətləri  müzakirə ediləcək, həm də qlobal məsələlərə  birlikdə işıq tutmağa çalışacaqlar. Yəni  Azərbaycan dövləti və onun rəhbəri  həmişə olduğu kimi  diqqət mərkəzindədir, gündəmdədir və bu da bizi  Azərbaycan vətəndaşı olaraq,  sevindirməyə bilməz.  Biz məhz belə bir Azərbaycan  arzu edirdik illər öncə, məhz belə bir Azərbaycan  uğrunda çarpışırdıq, fikrimiz, zikrimiz  o idi ki, Azərbaycan  dövləti dünyada tanınsın, qəbul edilsin, bizimlə hesablaşsınlar.  
Bəxtimiz onda gətirib ki, Prezident İlham Əliyev bütün bu istəklərimizi, yəni bizim kimi vətəndaşların istəklərini  ən yüksək səviyyədə  gerçəkləşdirməyi bacarıb və belə də davam edəcək."

İBRAHİM MƏMMƏDLİ

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
20
olaylar.az

1Mənbələr