AZ

Yevlaxda kafedə dava - 29 yaşlı oğlan qətlə yetirildi

Oktyabrın 1-də Yevlax rayonu ərazisində 1996-cı il təvəllüdlü Xəyal Zeynalovun aldığı xəsarətlər  səbəbindən xəstəxənada ölməsi faktı üzrə rayon prokurorluğunda araşdırma aparılıb. 

Yevlax rayon prokurorluğundan Avtosfer.az-a bildirilib ki, araşdırma zamanı 1999-cu il təvəllüdlü Mahir Baxşalızadənin rayon ərazisində yerləşən kafelərdən birində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək Xəyal Zeynalovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Yevlax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. 

Mahir Baxşalızadə  polis əməkdaşları tərəfindən  saxlanılaraq  istintaqa təhvil verilib  və prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam edir.

 

Seçilən
15
30
avtosfer.az

10Mənbələr