AZ

Bəşər Əsədə Moskvada sui-qəsd cəhdi

Suriyanın sabiq prezidenti Bəşər Əsədə Moskvada sui-qəsd cəhdi edildiyi iddia olunub. Məlumata görə, o, zəhərlənərək öldürülməyə çalışılıb.

Far.Az xəbər verir ki, Suriya İnsan Haqları Müşahidə Mərkəzi (SOHR) açıqlayıb ki, hadisə Rusiyanı çətin vəziyyətə salmaq və sui-qəsdi Moskvanın üzərinə atmaq məqsədi ilə planlaşdırılıb.

Əsədin səhhətinin hazırda stabil olduğu, onun 30 sentyabrda Moskvanın kənarında yerləşən xəstəxanadan evə buraxıldığı bildirilib. Xəstəxanada olduğu müddətdə yalnız qardaşı Mahir Əsəd və keçmiş Prezident Administrasiyası rəhbəri Mənsur Azzamın onu ziyarət etməsinə icazə verilib.

Qeyd edək ki, Bəşər Əsəd 2024-cü il dekabrın 8-də HTŞ və digər müxalif qrupların gözlənilməz hücumu nəticəsində devrilmişdi. Bununla da 54 illik Əsəd ailəsinin hakimiyyəti sona çatmışdı.

Seçilən
34
far.az

1Mənbələr