AZ

İngiltərə nəhəni ulduz futbolçuya həftəlik bu qədər maaş ödəməyə hazırdır

"Arsenal" hücumçusu Bukayo Sakanın maaşını artırmağa və müqaviləsini uzatmağa hazırlaşır.

Publika.az xəbər verir ki, bu barədə "Talksport" məlumat yayıb.

Mənbənin sözlərinə görə, "topçular" 24 yaşlı ingilisin həftəlik maaşını təxminən 322 min avroya qədər qaldırmağa hazırdır. "Teamtalk" isə yazır ki, klub artıq müqavilənin yenilənməsi ilə bağlı danışıqlara başlayıb.

Sakanın hazırkı müqaviləsi 2027-ci ilin yayında başa çatır. Son dəfə 2023-cü ilin mayında uzadılıb.

Seçilən
33
publika.az

1Mənbələr