AZ

“Active Life, Calm Longevity” kitabının təqdimatı keçirildi Fotolar

Qafqazinfo saytına istinadən ain.az xəbər verir.

“Active Life, Calm Longevity” adlı kitabın təqdimat mərasimi keçirilib.

“Qafqazinfo” xəbər verir ki, kitabın müəllifləri Azərbaycan Tibb Universitetinin 1-ci Mamalıq-Ginekologiya kafedarasının professoru dr. Nigar Kamilova, Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimlər Təkminlləşdirmə İnstitunun Mama-ginekologiya kafedrasının əməkdaşı, “Leyla Medical Center”in aparıcı cərrah mama-ginekoloqu, Tibb üzrə fəlsəfə doktoru r. Natiq Məhərrəmovun  və Yer elmləri üzrə fəlsəfə doktoru dr. Fərəh Mahmudovadır.

Təqdimat çərçivəsində çıxış edən dr. Natiq Məhərrəmov tədbir iştirakçılarını salamlayaraq, kitabın ərsəyə gəlməsində ona dəstək olanlara öz təşəkkürünü bildirib.

O, yaxın vaxtlarda daha bir kitabın təqdimatının keçiriləcəyini və hazırda digər bir nəşrin üzərində işlərin aparıldığını da qeyd edib.

Kitabın təqdimatında həmmüəlliflər  professor dr. Nigar Kamilova və Yer elmləri üzrə fəlsəfə doktoru dr. Fərəh Mahmudova da iştirak ediblər.

Onlar  çıxış edərək tədbir iştirakçılarına öz təşəkkürünü bildiriblər. Qeyd ediblər ki, kitabın hazırlanması olduqca çətin proses olsada  və sonda uğurlu nəticə əldə ediblər.

İngilis dilində nəşr olunan kitab insanın qocalması və uzunömürlülüyün fundamental biososial proseslərini müasir elmi yanaşmalar əsasında araşdırır. Əsərdə mövzuya qlobal problem kimi yanaşılır, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri, beynəlxalq və milli institutların mövqeləri, eləcə də alim və tibb mütəxəssislərinin baxışları təqdim olunub.

Kitabda akademik və tibbi-praktiki tədqiqatların nəticələri, Azərbaycanda qocalma və uzunömürlülük problemlərinin faktoloji və nəzəri təhlili də geniş yer alıb. Xüsusilə ölkəmizin müxtəlif bölgələrində yaşayan yaşlı əhali arasında bioloji etnik, ekoloji, psixoloji, sosial və patoloji amillərin təsiri ətraflı araşdırılıb.

Mütəxəssislər, əsəri yalnız elmi və tibbi dairələr üçün deyil, həm də sağlam həyat tərzi və uzunömürlülük məsələsinə maraq göstərən geniş oxucu auditoriyası üçün faydalı mənbə kimi qiymətləndiriblər.

Yekun olaraq, tədbirdə kitabın elmi-praktik əhəmiyyəti vurğulanıb.

Təqdimat müəlliflərin imza mərasimi, hədiyyələrin təqdimatı və Referans Medical Group rəhbərliyi adından səsləndirilən təbriklərlə yadda qalıb. Sonda xatirə fotosu çəkilib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
12
1
qafqazinfo.az

2Mənbələr