AZ

Stadionda biabırçılıq: “Bu qədər hörmətsiz vəziyyətə düşdüyümü xatırlamıram”

Yenisabah saytından alınan məlumata görə, ain.az bildirir.

Texnobloqçu Fərid Pərdəşünas sosial media hesabında "Qarabağ"-"Kopenhagen" futbol matçında stadionla bağlı yaranan problemlərə münasibət bildirib.

Yenisabah.az xəbər verir ki, o, fikirlərini şəxsi "Facebook" hesabında yazıb.

F. Pərdəşünas bildirib ki, stadiona insanların çoxu oyunun yarısında daxil ola bilib: Sezar pizza

"Bu paylaşımı bacardığım qədər emosiyaları kənara qoyub, ədalətli şəkildə yazmağa çalışacağam və düşünürəm ki, "Qarabağ" FK oyununa yarımçıq daxil olan minlərlə insan məni başa düşəcək. İlk təhlükəsizlik yoxlanışından keçəndən sonra 50 dəqiqə vaxtımız var idi. Dəmir turniketlər önünə gələndə bizi qarşılayan ölüm sıxlığından xəbərsiz idik.

Bir neçə sektora girişi təmin edən 6 turniket önündə dairəvi sıra var idi. Yəni ümumiyyətlə sıra yox idi. Qeyri-adi şəkildə dəmir turniketlər QR oxuyub yaşıl yandırdığı halda ilişib qalırdı. İnsanlar bir-birini əzir, sıxır, polisə müqavimət göstərməyə çalışır və etiraz edirdilər".

Bloqçu bildirib ki, həyatında heç vaxt bu qədər hörmətsiz vəziyyətə düşməyib:

"6 nəfər idik. Aramızda 2 azyaşlı da var idi. Biletə toplamda 300 manat pul vermişik. Həyatımda bu qədər hörmətsiz vəziyyətə düşdüyümü xatırlamıram. Sözün əsl mənasında, əzildik. Bunu minlərlə insan yaşadı. Təkcə biz yox, xarici qonaqlar da. Gözümün önündə yanımda əlində sosis-çörək ilə oyuna daxil olmağa çalışan fanata sıxlıq o sosi özü istəmədən yedirdi. Ciddi deyirəm.

Oyunun 25-ci dəqiqəsində ancaq stadiona daxil ola bildik. Bizdən sonra da xeyli insan hələ də gözləyirdi. İnsan o qədər idi ki, ikinci hissəyə çatanlar oldu.

Təsəvvür edin, Avropanın ən böyük stadionlarında canlı şahidi olmuşam - 90,000 adam stadiona 20 dəqiqəyə eyni anda daxil ola bilir. Oyun başlamağa 15 dəqiqə qalmış meydanda olsan, görəcəksən ki, tribunalar bomboşdur. Çünki o qədər insan cəmi 15 dəqiqəyə yerinə keçə bilir".

O qeyd edib ki, "Qarabağ" Avropa səviyyəsində futbol oynasa da, stadion azarkeşləri hörmətsiz şəkildə qarşılayır:

"Mən başa düşürəm, bizim ölkədə təhlükəsizlik önəmlidir. Amma maraqlısı odur ki, sıxlığın olduğu yer də təhlükəsizlik yoxlanışı olan hissə deyil. Dəmir turniket hissəsidir. Necə bunu həll edə bilmirlər? Niyə o hissədə növbə tənzimləyən dəmir sərhəd xətti yoxdur axı? Niyə 30 saniyəyə 1 adam buraxan, içindən keçilməsi zülm olan və sayı az dəmir turniketlər istifadə olunur?

Bunu düzəltmək çoxmu çətindir? 30,000 azarkeşi 2 saata necə stadiona ala bilmirik axı? FK Avropa səviyyəsində futbol oynayır. İnsanlar sevinə-sevinə oyuna qaçır. Pul xərcləyir. Amma baxırsan ki, bilet satışı platforması tətbiqdən növbəsiz bilet satır. Stadion hörmətsiz şəkildə azarkeşi əzdirir. Çox təəssüf edirəm. Bunu təcili düzəltmək lazımdır".

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
9
2
yenisabah.az

3Mənbələr